Türkiyə Futbol Federasiyasına hücum olub

Türkiyə Futbol Federasiyasının (TFF) binası hücuma məruz qalıb. Yerli mətbuatın xəbərinə görə, təxminən 5 min nəfərlik "Trabzonspor" azarkeşi TFF-nin qarşısında toplaşıblar. Məlumata görə 2010 – 2011-ci ilin çempionluq kubokunu tələb edən azarkeşlər binanı daşa basıblar. Bu vaxt TFF təhlükəsizlik xidmətinin rəis müavini də daş zərbələrindən nəsibini alıb.

Qeyd edək ki, azarkeşlər TFF-nin bayrağını aşağıya endirərək yerindən "Trabzonspor" bayrağı asıblar. (ANS PRESS)