- Köhnə - Hadisə
- 30 Oktyabr 2013 11:12
- 5 674
Futbolçunun başını kəsdilər

Oktyabrın 28-də öz mağazasından oğurluq avtomobillə qaçırılan Juanın ailəsi ertəsi gün dəhşətli hadisəyə şahid olub. Belə ki, cinayətkarlar sabiq futbolçunun başını kəsərək, ailəsinə göndərib. Rodriqonun həyat yoldaşı evin önündə çantada ərinin başını tapıb.
Juanın həyat yoldaşı üzündən qətlə yetirildiyi ehtimal olunur. Qətlə yetirilənin xanımı polis idarəsində narkotik alveri ilə mübarizə şöbəsində çalışır. Bu cinayəti də məhz narkomafiyanın törətdiyi iddia edilir.
Qeyd edək ki, Rodriqo Braziliyanın bir çox klubları ilə yanaşı, İsveçdə "Ester", Honduras Da "Olimpiya" klublarında çıxış edib.
AzNews.az