Beş yaşlı uşaq dərman içərkən öldü

Şamaxı rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın məlumatına görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

Kənd sakini, 2008-ci il təvəllüdlü Nəhmətov Nizam İntiqam oğlu xəstələndiyi üçün dərman qəbul etmək istəyib. Lakin həb uşağın nəfəs borusuna düşüb və o, boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az