Putin 60 nəfərlə İrəvana gedir

Rusiya prezidentinin Ermənistana səfəri ilə bağlı artıq 60 nəfərlik nümayəndə heyəti İrəvana gəlib.

"Axar.az" məlumat verir ki, bu barədə informasiyanı "Aykakan Jamanax" qəzeti yayıb.

Nümayəndə heyətinin artıq İrəvan mehmanxanalarında yerləşdirildiyi bildirilib.

Qəzet onların əsas hissəsinin isə "Armeniya Mariot" otelində qaldığını yazıb. "Aykakan Jamanax" həmçinin Putinin zirehli maşınının da İrəvanda olduğunu söyləyib.

AzNews.az