- Köhnə - Cəmiyyət
- 18 Avqust 2013 19:13
- 7 012
“Mitinqdə jurnalistlərlə bağlı insident olmadı”
Bu barədə Modern.az-a MŞ-dən məlumat verilib.
Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış və MŞ-nin icraçı katibi Rəhim Hüseynzadənin rəhbərlik etdiyi monitorinq qrupunun üzvlərinə, həmçinin qurumun Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə bununla bağlı hər hansı müraciət edilməyib.
MŞ-nin mitinq müddətində "qaynar xətt" rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon nömrəsinə də prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələrindən məlumat daxil olmayıb.
Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.
AzNews.az