• Hadisə
  • 4 Dekabr 2023 18:35
  •  2 518

MN: Azərbaycan Ordusunun atəşi nəticəsində Ermənistan hərbçisinin ölməsi xəbəri yalandır

Azərbaycan Ordusunun atəşi nəticəsində Ermənistan hərbçisinin ölməsi xəbəri yalandır.

Aznews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

"Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik", MN-in məlumatında deyilir.