- Hadisə
- 16:56
- 1 648
İmişlidə yol qəzası olub, ölən var
Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonundan keçən hissəsində qəza olub.
Aznews.az xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Yaralı şəxs rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.