- Göz önü
- 6 Noyabr 23:38
- 2 482
Kəramət Böyükçöl vəzifəyə təyin olunan atasını belə təbrik etdi
"Mənim atamın 65 yaşı var. Düz 40 ildir ki, bədii yaradıcılıqla məşğuldur. Şeirləri dünyanın 30-dan artıq dilinə tərcümə olunub. Sovet vaxtından indiyə kimi 50 kitabı çap olunub. 2007-ci ildə Hollandiyada keçirilən Beynəlxalq şeir fesivalında Azərbaycanı təmsil eləyib. 20 ildir Yazıçılar Birliyində 350 manat maaşa işləyir. Amma 40 illik yaradıcılığı, şeirləri, nəsr əsərləri olan bir şair təəssüflər olsun ki, cəmiyyətdə ancaq oğlunun adı ilə gündəmə gəlir. Bilmirəm atam bununla qürur duymalıdır, yoxsa əzab çəkməlidir".
Bu sözləri yazıçı Kəramət Böyükçöl öz Facebook səhifəsində yazıb. O, sözlərinə belə davam edib:
"İndi atamın Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü təyin edilməsi haqda Prezident sərəncam imzalayıb. Yenə saytlar, sosial şəbəkələr başlayıb ki, Kəramətin atası, Kəramətin atası, Kəramətin atası... Hərə bir söz deyir. Kimi tənqid eləmişəmsə, hamısı deyir ki, Kəramət məni vurduğuna görə prezident atasına vəzifə verdi. Ölkədə nə qədər siyasi partiya varsa, hamısı deyir ki, Kəramət məni tənqid etdi, ona görə atasına vəzifə verdilər. Biri deyir, yox, məni tənqid elədiyinə görə verdilər. O birisi deyir, yox, sən kimsən ki... Məni tənqid elədiyinə görə verdilər. Heç bilmirlər ki "audiovizual" nə deməkdir. Efirdə "audiovizual" sözünü tələfüz edə bilməyənlər "Kəramətin atasına vəzifə verildi" deyirlər. Bunlar da özlərini belə şeylərlə əhəmiyyətli hesab edirlər.
Aşıq Namiq də deyir ki, Kəramət məni vurduğuna görə atasına vəzifə verdilər.
Adam yanıb-tökülür.
Əziz atam!
Kim bilməsə də, mən bilirəm ki, bu dəyər sənin istedadına, qələminə və şəxsiyyətinə verilmiş dəyərdir. Səni təbrik edirəm, öpürəm, bağrıma basıram.
Sən gözəl atasan".
Xatırlaqdaq ki, tanınmış şair Qəşəm Nəcəfzadə Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü təyin olunub.
AzNews.az