- Fanat
- 5 Noyabr 23:56
- 2 339
"Çelsi"yə çilə çəkdirdik
“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində növbəti sınağına çıxıb.
Azərbaycan klubu paytaxt Bakıda İngiltərənin məşhur “Çelsi” komandası ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan gərgin və maraqlı qarşılaşma azarkeşlərə qol dolu oyun bəxş edib. Dörd qollu qarşılaşmada qalib müəyyənləşməyib – 2:2 hesablı bərabərlik qeydə alınıb.
Qarşılaşma ərzində “Qarabağ”ın qolları komandanın döyüşkən ruhunu və taktiki hazırlığını nümayiş etdirib. Bu nəticə Ağdam təmsilçisinə qrupda əlavə xal qazandırmaqla yanaşı, Azərbaycan futbolunun nüfuzuna da müsbət təsir göstərib.
AzNews.az