İngiltərə millisinin üzvü ilə yeni müqavilə imzalanıb

"Aston Villa" futbolçusu Morqan Rocersin müqaviləsini uzadıb.

Aznews.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin üzvü ilə 2031-ci ilin yayında kimi yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsüm "Aston Villa"nın heyətində 16 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.