Bolqarıstan “Avroviziya-2026” mahnı müsabiqəsinin qalibi olub

Bolqarıstan 70-ci “Avroviziya-2026” mahnı müsabiqəsinin qalibi olub.

Aznews.az xəbər verir ki Avstriyanın paytaxtı Vyanada keçirilən yarışda ölkə təmsilçisi “Bangaranga” mahnısını səsləndirib.

Xatırladaq ki, mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 12-də, ikinci yarımfinalı isə 14-də keçirilib.

Paytaxt Vyanada keçirilən yarışda 26 ölkə mübarizə aparıb.

Finalçılar aşağıdakı kimidir:

Belçika
Xorvatiya
Finlandiya
Yunanıstan
İsrail
Litva
Moldova
Polşa
Serbiya
İsveç
Albaniya
Avstraliya
Bolqarıstan
Kipr
Çexiya
Danimarka
Malta
Norveç
Rumıniya
Ukrayna

Qeyd edək ki, Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və ev sahibi Avstriya birbaşa finala çıxıb.

Aznews.az