- Ermənistan və Gürcüstan
- 22 Avqust 2022 22:54
- 6 535
İran Rəşt-Astara dəmir yolunu prioritet hesab edir

İran hökuməti dəhlizin şimaldan cənuba olan hissəsinin sürətlə işə salınmasını istəyir
Rəşt-Astara dəmir yolunun reallaşdırılması hökumətin mühüm və prioritet layihələrindən biridir.
Aznews.az xəbər verir ki, bunu İran prezidentinin birinci müavini Məhəmməd Müxbir Gilan əyalətinin başçısı və digər rəsmiləri ilə görüşdə deyib.
O bildirib ki, hökumət dəhlizin şimaldan cənuba olan hissəsinin sürətlə işə salınmasını istəyir. Belə olduğu halda ölkə beynəlxalq dəhlizlərin böyük faydalarından və tranzit gəlirlərindən qazanc əldə edəcək.