- Ermənistan və Gürcüstan
- 25 Oktyabr 2022 17:27
- 6 036
İranda 2 SEPAH üzvü öldürülüb
 
            Faktla bağlı cinayət işi açılıb
İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 2 üzvü öldürülüb.
Məlumata görə, SEPAH-ın üzvləri Mehdi Mollaşahi və Cavad Keyca naməlum şəxslər tərəfindən güllələnib.
Faktla bağlı cinayət işi açılıb.
Qətli tördən şəxs və ya şəxslərin axtarışı aparılır.
APA
 
                 
                             
                             
                             
                             
                             
                            