• Paytaxt
  • 16 Noyabr 2018 16:40
  •  1 483

Vüsal Hüseynov əcnəbilərin ev problemindən yazdı

O, bu barədə sosial şəbəkədə məlumat paylaşıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov əcnəbilərə kirayə ev verilməsi və ya yaşama icazələrinin alınması ilə bağlı bir neçə məsələyə toxunub.

Bu barədə sosial şəbəkədə məlumat paylaşan V. Hüseynov əsas üç məqamı vurğulayıb:

“Əcnəbilərə yaşayış sahəsi verən şəxslər bəzən onların müvəqqəti qeydiyyata alınmasına razılıq verməyə tərəddüd edirlər. Nəzərə alınmalıdır ki, əcnəbilər həmin yaşayış sahəsinə müvafiq yaşama icazəsinin etibarlılıq müddətində qeydiyyata alınır, yaşama icazəsinin etibarlılıq müddəti bitdiyi andan və ya yaşayış sahəsi verən şəxsin müraciət əsasında onların qeydiyyatı da bitmiş olur. Yəni, əcnəbilərin həmin yaşayış sahələrinə həmişəlik qeydiyyatından söhbət getmir və belə qeydiyyat həmin yaşayış sahəsi üzərində heç bir xüsusi imtiyaz yaratmır.

DMX tərəfindən tələb edilən əcnəbinin qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi deyildikdə, - mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənəd başa düşülür. Yəni, qanunvericlikdə qeydiyyat üçün yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (“kupça”) deyil, həmçinin yuxarıda göstərilən digər sənədlər də qəbul edilir. Kirayə müqaviləsinə gəldikdə isə kirayə müqaviləsində kirayəçi qismində müvəqqəti yaşama icazəsi almaq istəyən əcnəbi çıxış etməlidir. Kirayəçi başqa şəxs olduqda isə əcnəbinin qeydiyyatına yalnız o halda icazə verilir ki, kirayə müqaviləsində kirayəçiyə bu hüququn verldiyinə dair müddəa nəzərdə tutulmuş olsun”.

© AzNews.az