Miçiqan ştatında F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Miçiqan ştatının Qrand-Travers dairəsində qəzaya uğrayıb. Pilot katapult edərək təyyarəni tərk edib və yerli xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Bu barədə CNN məlumat yayıb.

Pilot təyyarənin göyərtəsindəki yeganə şəxs olub və qəza baş verməzdən əvvəl katapult etməyə imkan tapıb. Hadisə nəticəsində başqa xəsarət alan olmayıb.

Qəza ilə əlaqədar təyyarənin düşdüyü ərazidən bir mil, yəni 1,61 kilometr radiusda yaşayan sakinlərin təxliyəsi elan edilib.

Məlumata görə, qırıcı ABŞ Milli Qvardiyasının Alpina şəhərində yerləşən bazasında keçirilən təlimlərdə iştirak edib.

Mövsüm,

AzNews.az