Oqtay Əsədov: Azərbaycanın strateji valyuta ehtiyatları 48 milyard dolları ötüb

Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsi sırasında yer alıb

“Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf müşahidə olunur”.

Bu fikri Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Sədr bildirib ki, bu gün ölkəmizdə mühüm struktur islahatları həyata keçirilir: “Dünya Bankının son hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsi sırasında yer alıb. Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar iqtisadi potensialı daha da möhkəmləndirib. 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir. Ötən 9 ayda ÜDM 2.5 faiz artıb, qeyri-neft sənayesi sürətlə artıb. Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə də qeyd edildiyi kimi qeyri-neft sektoru üzrə həyata keçirilən işlər bu sahədə artıma səbəb olub. Azərbaycanın strateji valyuta ehtiyatları 48 milyard dolları ötüb. Cari ilin 9 ayında əhalinin gəlirləri 8.9 faiz artıb, inflyasiya 2.6 faiz təşkil edib ki, bu da əhalinin rifah halının daha da yaxşılaşdırıb”.

AzNews.az