Səfir Ğoşeh növbəti illərdə Azərbaycanla birgə tədbirlərin keçirilməsində maraqlı olduqlarını söyləyib Səfir Ğoşeh növbəti illərdə Azərbaycanla birgə tədbirlərin keçirilməsində maraqlı olduqlarını söyləyib
  • Paytaxt
  • 21 Yanvar 2021 19:43
  •  5 272

Bahar Muradova İordaniya səfiri ilə görüşdü

Səfir Ğoşeh növbəti illərdə Azərbaycanla birgə tədbirlərin keçirilməsində maraqlı olduqlarını söyləyib

Yanvarın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Ğoşehlə görüşüb.

Komitədən AzNews.az-a verilən məlumata görə, görüşün təşəbbüsünə görə təşəkkürünü bildirən Bahar Muradova ölkələrimiz arasında əməkdaşlığın tarixi köklərə malik olduğunu vurğulayıb. Komitə sədri bu münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və ölkələrimizin müvafiq qurumları arasında mövcud əməkdaşlığın daha da inkişafı üçün imkanlar yaratdığını diqqətə çatdırıb.

Azərbaycanın tarixi Zəfəri barədə məlumat verən B.Muradova istər Qoşulmama Hərəkatı, istərsə də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Vətən müharibəsinin getdiyi 44 gün ərzində sərgilədiyi mövqenin müharibədən sonrakı quruculuq dönəmində də davam edəcəyinə ümid etdiyini, dostluq münasibətlərimizin mövcud problemlərin həllində də mühüm rol oynayacağına əminliyini bildirib.

Səmimi qəbula görə komitə sədrinə minnətdarlıq edən səfir Sami Asem Ğoşeh Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və İordaniya lideri, mərhum Kral Hüseynin xalqlarımız arasında dostluğun əsasını qoyduğunu, bu gün bu əlaqələrin dövlət başçıları İlham Əliyev ilə İordaniya Kralı II Abdullah ibn Hüseyn al Haşim arasındakı səmimi qardaşlıq münasibətləri sayəsində daha da möhkəmləndiyini qeyd edib. Diplomat Azərbaycanla İordaniyanın dostluq və qardaşlıq münasibətlərinin eyni adət-ənənələr və islami dəyərlərə söykəndiyini, ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə olduğu kimi, ailə, qadın və uşaq məsələləri sahəsində də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Komitənin bu sahədə həyata keçirdiyi layihələri nümunə kimi qiymətləndirən səfir Ğoşeh növbəti illərdə Azərbaycanla birgə tədbirlərin keçirilməsində maraqlı olduqlarını söyləyib.