Nazir bölgədə mövcud olan münaqişə sonrası reallıqlar ilə bağlı ekspertlərə məlumat verib Nazir bölgədə mövcud olan münaqişə sonrası reallıqlar ilə bağlı ekspertlərə məlumat verib
  • Paytaxt
  • 19 Noyabr 2021 19:33
  •  5 996

Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşüb

Nazir bölgədə mövcud olan münaqişə sonrası reallıqlar ilə bağlı ekspertlərə məlumat verib

Noyabrın 19-da xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Aznews.az-a verilən məlumata görə, görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya ikitərəfli gündəliyinə daxil olan məsələlər, o cümlədən qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri barədə danışıb.

Ölkələr arasında ikirəfli səviyyə ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın mövcud olduğu ifadə edilib.

Nazir, həmçinin bölgədə mövcud olan münaqişə sonrası reallıqlar, bu xüsusda Rusiyanın oynadığı rolu, üçtərəfli bəyanatların icrası məsələləri ilə bağlı ekspertlərə məlumat verib.

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvlərini maraqlandıran sualları cavablandırıb.