• Paytaxt
  • 2 Dekabr 2021 20:34
  •  2 609

"Ermənistan hələ də bütün hərbi qüvvələrini Azərbaycan ərazisindən çıxarmayıb" - Ceyhun Bayramov

Bunu nazir ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib

Ermənistan hələ də noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan irəli gələn bütün öhdəlikləri yerinə yetirmir.

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan hələ də bütün hərbi qüvvələrini Azərbaycan ərazisindən çıxarmayıb və regionda bütün iqtisadi-nəqliyyat kommunikasiyalarının açılmasına maneə dayandırılmalıdır.

“Bu, çox mühüm etimadın möhkəmləndirilməsi və müharibədən sonrakı normallaşma tədbiridir, eyni zamanda bütün maraqlı tərəflər üçün böyük iqtisadi faydalar gətirər”, - o deyib.

C.Bayramov qeyd edib ki, Zəngəzur dəhlizinin tezliklə açılması təkcə yük və sərnişin daşımalarına başlamaq üçün deyil, həm də Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyaları üçün lazımdır.

"Bu, əməkdaşlığın inkişafına töhfə verəcək və bütün region üçün misilsiz imkanlar yaradacaq", - Bayramov bildirib.