İran ordusunun baş qərargah rəisi: “Azərbaycanla əlaqələrin inkişafında maraqlıyıq”

Azərbaycanın İrandakı səfirliyindən verilən məlumata görə...

İran Azərbaycanla əlaqələrin inkişafında hər zaman maraqlıdır.

Aznews.az xəbər verir ki, Azərbaycanın İrandakı səfirliyindən verilən məlumata görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri bu ökədə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev ilə görüşündə deyib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycan ərazilərinin işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb.

Görüşdə Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyi və yeni mərhələyə qədəm qoyduğu vurğulanaraq, müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycan ilə İran arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə də müsbət əməkdaşlıq təcrübəsi üzrə əlaqələrin daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.