• Paytaxt
  • 28 Noyabr 2022 13:40
  •  2 621

“Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək

Azərbaycan Respublikasının “Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək.

Aznews.az xəbər verir ki,bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Medal 2023-cü ilin yanvar–may aylarında təsis olunacaq.

Bu sahədə icraçı qurumlar Prezident Administrasiyası və Milli Məclisdir.