• Paytaxt
  • 30 Noyabr 2022 22:37
  •  3 668

Azərbaycan və Türkiyə XİN başçıları Polşada görüşüb - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Aznews.az xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında paylaşım edib.

“Qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində görüşdük. Ölkələrimiz arasında gündəlikdə duran məsələlər və gələcək addımlarımızı müzakirə etdik. Hər zaman bir yerdə, “BirMillətİkiDövlət Azərbaycan-Türkiyə”,-deyə paylaşımda qeyd edilib.

***

Saat 15:02

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

Türkiyəli nazir bu barədə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, görüş Polşada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində baş tutacaq.

Xatırladaq ki, bu gün Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb.

image description