• Paytaxt
  • 17 Yanvar 2023 14:22
  •  6 420

Yaxın günlərdə qrant müsabiqəsinin elanı nəzərdə tutulub - AÇIQLAMA

Yaxın günlərdə qrant müsabiqəsinin elanı nəzərdə tutulub.

Aznews.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib.

"Bu il də qrant müsabiqələrinin keçirilməsi, müxtəlif beynəlxalq tədbirlərin təşkili, bərpa, quruculuq və “Böyük qayıdış” prosesində vətəndaş cəmiyyəti təşəbbüslərinin dəstəklənməsi, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, ictimai nəzarətin təşviqi və s. fəaliyyətlərin icrası hədəflənir. Yaxın günlərdə “Heydər Əliyev ili” ilə əlaqədar qrant müsabiqəsinin elanı nəzərdə tutulub."