• Paytaxt
  • 13 Aprel 2023 15:27
  •  5 430

Azərbaycan ilə Bosniya və Herseqovina arasında Bəyannamə imzalanıb

Aprelin 13-də Sarayevoda “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb.

Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç imzalayıblar.