Estoniya XİN başçısı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Türkiyənin rolundan danışıb

Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna Azərbaycan- Ermənistan münasibətlərinin normallaşmasında Türkiyənin rolundan danışıb.

Aznews.az xəbər verir ki, o, bu barədə "Anadolu" xəbər agentliyinə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə regionda sabitliyin yaranmasında çox əhəmiyyətli rol oynayır:

"Keçən həftə Azərbaycanda səfərdə idim. Türkiyə də Azərbaycanla Ermənistan arasında sülh və sabitliyin təmin olunması və strateji ticarət dəhlizlərinə investisiya qoyulması prosesini ciddi şəkildə dəstəkləyir. Türkiyə ilə həm ikitərəfli, həm də bəzi digər regionlarda hər sahədə əməkdaşlıq edirik", - o bildirib.