- Paytaxt
- 13:22
- 1 642
İlham Əliyev: "Biz qədim tariximizlə qürur hissi duyuruq"
"Biz qədim tariximizlə qürur duyuruq. Bütün bunlar bizim, sadəcə, musiqi və şeirimizdə deyil, eyni zamanda, memarlıq abidələrimizdə öz əksini tapmaqdadır".
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı səsləndirib.
Bizim vəzifəmizin bunları növbəti nəsillər üçün qorumaq olduğunu vurğulayan dövlətimizin başçısı əminliyini bildirib ki, növbəti nəsillər də öz vəzifələrini yerinə yetirəcəklər.