Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri tutulublar. Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri tutulublar.

Quldurluq edən dəstə üzvləri tutuldu

Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri tutulublar.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci və 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-22-də Bakı şəhər sakinləri Vaqif Musayevin və arvadı Nəcibənin, habelə Şövkət Mərdanovanın evlərindən ümumilikdə 702 manat, 300 ABŞ dolları, mobil telefon və 5000 manat dəyərində qızıl əşyaları quldurluq yolu ilə aparan
Bakı şəhər sakinləri Səlim Qədimov, Kənan Əliyev, Tərlan Babayev və Famil Əliyev tutulublar.

S.Qədimovdan 0,201 qram heroin, 2,05 qram marixuana, bıçaq və qayçı, K.Əliyevdən 0,180 qram, F.Əliyevdən 0.169 qram və T.Babayevdən 0,172 qram heroin götürülüb.