“Əfv siyahımız artıq hazırdır”. “Əfv siyahımız artıq hazırdır”.

“Əfv siyahısı hazırdır”

“Əfv siyahımız artıq hazırdır”.



Bunu AzNews.az-a açıqlamasında İnsan hüquqları üzrə Birgə Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, bu dəfə Əfv komissiyasına 25 nəfərlik siyahı təqdim olunacaq: "Yaxın günlərdə işçi qrupumuz yığılacaq. Yalnız ondan sonra siyahıya kimlərin salınıb, kimlərin salınmaması ilə bağlı qəti qərar veriləcək. Deyə bilmərəm ki, əfv gözləniləndir, amma ümid edirəm ki, bayram ərəfəsində əfv imzalanacaq".

N.Cəfəroğlu onu da əlavə edib ki, Əfv Komissiyasında onları "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev təmsil edəcək.

Qeyd edək ki, sonuncu dəfə əfv fərmanı 2015-ci ilin dekabr ayında, Yeni il bayramı ilə əlaqədar imzalanıb. Sərəncam ümumilikdə 210 nəfərə şamil edilib.

Bahar RÜSTƏMLİ
AzNews.az