İstanbulda terror aktında xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. İstanbulda terror aktında xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

İstanbulda terror aktında xəsarət alanlar arasında Azərbaycanlı yoxdur

İstanbulda terror aktında xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.


AzNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Türkiyədəki diplomatik missiyalarından deyiblər.

Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş konsulluğu İstanbulda baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını müəyyənləşdirmək məqsədilə Türkiyənin hüquq-mühafizə orqanları ilə mütəmadi əlaqə saxlayır.

Qeyd edək ki, bu gün İstanbulun İstiqlal prospektində partlayış olub. Hadisə nəticəsində terrorçu da daxil olmaqla 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb.