- Köhnə - Cəmiyyət
- 2 İyun 2016 15:36
- 4 496
Kreditlə Həccə getmək olarmı? - İlahiyyatçıdan açıqlama
Qafqaz Müsəlmanları İdarəsinin bu il ilk dəfə Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün ziyarət xərcini kreditlə ödəmək imkanını yaratması müzakirələrə səbəb olub.
AzNews.az xəbər verir ki, bir çox insan kredit götürərək Həccə getməyin düzgün olmadığını bildirirlər.
AzNews.az-ın əməkdaşı məsələylə bağlı ilahiyyatcı-alim Elşad Mirinin fikirlərini öyrənib. E.Miri faizlə pul götürüb Həccə getməyin halal olmadığını bidirib: "Bu gün bir insan bankdan faizlə pul götürüb Həccə getməyi planlaşdırırsa, bu, doğru və bütünlüklə halal deyil. Haramla halal iş görmək mümkün deyil".
E.Miri qeyd edib ki, əgər kimsə haramla hacı olmaq istəyirsə, bu, özünü göstərməkdir: "Bu, ikiüzlülük deyilmi? Bu sadəcə adının qarşısında hacı sözünün işlənməsi demək deyilmi? İslam dinində belə bir anlayış yoxdur. Allah gücü olanların Həccə getməsini əsas götürür. Həcc ziyarəti 3 gündür. Ondan sonra qalan 17 günü isə bazarlıqlara həsr edirsənsə, bu, onun mahiyyətini bir kənara qoyur".
Bahar RÜSTƏMLİ
AzNews.az