- Köhnə - Cəmiyyət
- 10 Avqust 2016 16:53
- 12 793
Kamilə Babayeva ATV-dən gedib? - Yenilənib

ATV-də yayımlanmış "Belə yaxşıdır" verilişinin aparıcısı, eləcə də "5-ci element" layihəsinin simalarından biri olan Kamilə Babayeva əməkdaşlıq etdiyi telekanalla yollarını ayırıb.
Peşəkar aparıcılar sırasında birincilərdən olan Kamilə, bundan sonra "Xəzər TV" ekranlarında tamaşaçı görüşünə gələcək. Yeni mövsümdən yayımlanacaq proqramın adı hələ ki, sürpriz olaraq gizli saxlanılır.
Primetime.az
***
17:04
Məsələ ilə bağlı Kamilə Babayeva qafqazinfo.az-a açıqlama verib.
"İndi hər kəs nə gəldi yazır. Bu barədə məlumatsızam. Kanaldan gedəcəyim, və ya qalacağım barədə dəqiq qərar verməmişəm. Yəni, yayılan xəbərlər barədə məlumatsızam", - deyə teleaparıcı açıqlamasında bildirib.



