- Köhnə - Cəmiyyət
- 4 Dekabr 2012 10:37
- 2 189
Qışa hazırıqmı? - FOTO

Yol istismar müəssisələri tərəfindən həmin əmrin icrası ilə bağlı tədbirlər planı hazırlanaraq müvafiq işlərin görülməsinə başlanılıb. Hər bir yol istismar müəssisəsində 24 saat işləyən növbətçi briqadalar yaradılıb.
Həmçinin, "Azəryolservis"də qərargah yaradılıb, 24 saat ərzində növbətçilik təşkil olunub. Qarlı-şaxtalı hava şəraitində yollarda yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin görüldüyünü deyən mətbuat katibi bildirib ki, avtomobil yollarına mütəmadi baxış keçirilir, yollardakı problemlər aradan qaldırılır, material ehtiyatı (texniki duz, qum, yanacaq və s.), yol texnikası, maşın-mexanizmlər və nəqliyyat vasitələri saz vəziyyətə gətirilir, işçilər xüsusi geyim forması ilə təmin olunur.
"Azəryolservis"də yaradılmış qərargah bu istiqamətdə həyata keçirilən tədbirlər, görülən işləri nəzarətə götürüb.
AzNews.az
.jpg)
.jpg)