Dövlətə xəyanətdə təqsirləndirilərək barəsində ev dustaqlığı seçilən Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmənin keçiriləcəyi vaxt məlum olub. Dövlətə xəyanətdə təqsirləndirilərək barəsində ev dustaqlığı seçilən Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmənin keçiriləcəyi vaxt məlum olub.

Natiq Kərimovun məhkəməsinin vaxtı məlum oldu

Dövlətə xəyanətdə təqsirləndirilərək barəsində ev dustaqlığı seçilən Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmənin keçiriləcəyi vaxt məlum olub.

Trend-in məlumatına görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 23-nə təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun icraatına verilsə də, hazırlıq iclasında hakim özünə etiraz edərək bildirmişdi ki, həmin iş üzrə istintaq Dövlət Təhlükəsizlik Xidmətində aparılıb və bu iş üzrə istintaq qrupunun üzvü olan Emil İsmayılzadə onun oğludur. Bundan sonra iş onun icraatından götürülüb. Hazırda cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin icraatına verilib.

İttihama görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

Bununla əlaqədar N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq bu il yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Qeyd edək ki, İ.ƏHədov da Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.

AzNews.az