Rza Pəhləvi planlarını açıqladı: Güney Azərbaycanlıların hüquqlarını tanımayacaq!

İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ölkənin demokratik idarəetmə sisteminə keçidini təmin etməyə və hakimiyyət dəyişikliyindən sonra azad seçkilər keçirməyə hazır olduğunu bildirib.

"Report" "Sky News"a istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda keçirdiyi mətbuat konfransında danışıb.

Pəhləvi iddia edib ki, onun "qələbədən sonrakı gün həyata keçirilməli olan demokratiyaya keçid üçün aydın planı" var.

Bu planın əsasında dörd vacib prinsipin dayandığı bildirilib: İranın ərazi bütövlüyünün qorunması, dinin dövlətdən ayrılması, bütün vətəndaşların şəxsi azadlıqlarının və bərabərliyinin təmin edilməsi, həmçinin İran xalqının demokratik idarəetmə formasını müstəqil seçmək hüququ.

O vurğulayıb ki, keçid dövrü dinc şəraitdə, sabit və nizamlı şəkildə olmalıdır.

AzNews.az