Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinində oğurluqda təqsirləndirilən Nail Bəkirov, Söhbət Bəkirov, Ərşad Mahmudov və Sərxan Əsədullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinində oğurluqda təqsirləndirilən Nail Bəkirov, Söhbət Bəkirov, Ərşad Mahmudov və Sərxan Əsədullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Məhkəmə müstəntiqlər barəsində xüsusi qərar çıxarıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinində oğurluqda təqsirləndirilən Nail Bəkirov, Söhbət Bəkirov, Ərşad Mahmudov və Sərxan Əsədullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Hakim bildirib ki, cinayət işinin istintaq dövründə təqsirləndirilən şəxslərin müdafiə hüququ kobud şəkildə pozulub.

Məhkəmənin qərarı ilə işin baxılmasına xitam verilib və cinayət işi ibtidai istintaqa qaytarılıb.

Bundan başqa, məhkəmə istintaq dövründə cinayət işini aparan iki müstəntiq və bir təhqiqatçının barələrində xüsusi qərar çıxarıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakı şəhər ərazisində müxtəlif yerlərdə oğurluq etməkdə təqsirli bilinirlər. Onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham edilib.

AzNews.az