İslam Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycana gəlir

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin bu gün Azərbaycana işgüzar səfər edəcək.

AzNews.az-ın məlumatına görə, baş katibin Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşləri gözlənilir.

Əl-Useymin səfəri çərçivəsində Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da iştirak edəcək.

Baş katib forumda çıxış edəcək.

AzNews.az