Hakan Fidan BƏƏ prezidenti Əl Nahyan ilə görüşüb

Türkiyə Xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən qəbul edilib.

Xarici işlər naziri Hakan Fidan BƏƏ-də 2 günlük rəsmi səfərdədir.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, rəsmi təmaslar üçün BƏƏ-yə səfər edən nazir Fidan prezident Əl Nəhyan ilə görüşüb.

Hakan Fidan BƏƏ-də 2 günlük rəsmi səfərdə olacaq.

İclasda əsas gündəm məsələsi Qəzzada atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar olub.

Görüş zamanı iki ölkə arasında münasibətlər də müzakirə olunub.

Mövsüm

Aznews.az

image description