- Köhnə - Cəmiyyət
- 8 May 2017 18:21
- 3 320
İslamiada vaxtı bu avtobusların istiqaməti dəyişdiriləcək
IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar may ayının 6-dan 23-dək paytaxtda bir sıra marşrut xətlərinin istiqaməti dəyişdiriləcək.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, həmin vaxtlarda paytaxtda fəaliyyət göstərən 6, 8, 88 və 202, 33 və 52 saylı marşrutların istiqamətləri dəyişdiriləcək. Marşrut xətləri barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.