Qaxın Marsan kəndi ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Qaxın Marsan kəndi ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Qaxda ağır qəza - "07" ilə "Mersedes" toqquşdu (Video)

Qaxın Marsan kəndi ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, Zəyəm kənd sakini 31 yaşlı Kamal Mustafayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Qaxdan Zəyəm kəndi istiqamətində hərəkətdə olarkən, qarşıdan gələn, Bakı sakini 69 yaşlı Məhəmməd Talıbovun sükanı arxasında olduğu "Mercedes" markalı avtomobillə toqquşub.

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Nəticədə "Mercedes" in sürücüsü xəsarət almasa da,"VAZ-2107" nin sürücüsü müxtəlif dərəcəli xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Kamal Mustafayevə çənənin küt travması diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

Faktla araşdırılır.