- Qərb
- 18:36
- 1 177
Tramp Tehrana 48 saat vaxt verdi: İranı cəhənnəmə çevirərəm!
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açmadığı təqdirdə İranı 48 saatdan sonra cəhənnəmə çevirəcəyi ilə hədələyib.
“HÖRMÜZ BOĞAZINI AÇMAQ və ya SAZİŞ BAĞLAMAQ üçün İrana on gün vaxt verdiyimi xatırlayın. Vaxt tükənir - bütün cəhənnəm alovu onların üzərinə yağana qədər 48 saatları var. İlahi, şükür!”, - deyə Tramp şənbə günü Truth Social-da paylaşımında bildirib.
Trampın İran rejiminə son xəbərdarlığı cümə günü F-15 təyyarəsinin vurulmasından sonra itkin düşmüş ABŞ qırıcı pilotunun axtarışının davam etdiyi bir vaxta təsadüf edir.
AzNews.az