- Dünyanın halı
- 4 Aprel 21:55
- 2 298
Budanov: ABŞ nümayəndə heyətinin Pasxadan sonra Kiyevə səfəri gözlənilir
ABŞ Prezidentinin elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin rəhbərlik etdiyi Amerika nümayəndə heyəti 12 apreldən sonra Kiyevə səfər edə bilər.
Aznews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov "Bloomberg"ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibində respublikaçı senator Lindsi Qrem də ola bilər.
"Kuşner, Uitkoff və Lindsi Qrem – məhz onları gözləyirik. Görək orada başqa kimlər olacaq", - Budanov qeyd edib.
O, həmçinin qeyd edib ki, Amerika nümayəndə heyətinin səfərindən sonra Ukrayna daha əhəmiyyətli təhlükəsizlik zəmanətləri ala bilər.
"Nə istədiyimizi çoxdan müəyyən etmişik. Düşünürəm ki, bu, tezliklə həyata keçiriləcək. Bundan sonra nə baş verəcəyi başqa məsələdir. Amma təhlükəsizlik zəmanətləri ilə bağlı mütləq irəliləyiş əldə etmişik - artıq irəliləyirik", - Prezident Ofisinin rəhbəri vurğulayıb.