Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ilk yük qatarı Qazaxıstandan yola salınıb. Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ilk yük qatarı Qazaxıstandan yola salınıb.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk qatar yola salınıb

Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ilk yük qatarı Qazaxıstandan yola salınıb.

AzNews.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Express” məlumat verib.

82 konteynerdən ibarət qatar Qazaxıstanın Kostanay stansiyasından yola düşüb. Qatarın son məntəqəsi Türkiyənin Mersin şəhəri olacaq.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oktybarın 30-da Bakıda keçiriləcək.