- Köhnə - Cəmiyyət
- 23 Fevral 2013 12:26
- 2 797
Azərbaycan Türkiyə ilə tank əleyhinə raket kompleksləri istehsal edəcək
Azərbaycan adıçəkilən uzaq və orta mənzilli tank əleyhinə raket kompleksi layihəsini yaxından izləyir. Eyni zamanda Azərbaycan nümayəndə heyəti Türkiyədə ROKETSAN şirkətində bu raketlərlə tanış olub. Tərəflər arasında keçirilən görüşdə də Azərbaycanın bu layihədə iştirakı müzakirə olunub.
Bununla yanaşı, Azərbaycanda ROKETSAN şirkətinin iştirakı ilə 107 və 122 mm-lik raketlərin istehsalı layihəsi üzrə hazırlıq işləri son mərhələyə keçib. Yaxın vaxtlarda adıçəkilən raketlərin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsalına başlanacaq.
AzNews.az