Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə tibb müəssisələrində fevralın 12-dən başlanan əhalinin tibbi müayinələri muxtar respublikada da uğurla davam etdirilir. Aksiya çərçivəsində müxtəlif yaş qrupuna daxil olan əhalinin kütləvi dispanserizasiyası da diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə tibb müəssisələrində fevralın 12-dən başlanan əhalinin tibbi müayinələri muxtar respublikada da uğurla davam etdirilir. Aksiya çərçivəsində müxtəlif yaş qrupuna daxil olan əhalinin kütləvi dispanserizasiyası da diqqət mərkəzində saxlanılır.

Muxtar Respublikada Səhiyyə Nazirliyinin tədbirlər planı uğurla davam etdirilir - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə tibb müəssisələrində fevralın 12-dən başlanan əhalinin tibbi müayinələri muxtar respublikada da uğurla davam etdirilir. Aksiya çərçivəsində müxtəlif yaş qrupuna daxil olan əhalinin kütləvi dispanserizasiyası da diqqət mərkəzində saxlanılır.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq, 61-65 yaşlı əhalinin kütləvi dispanserizasiyasına start verilib.

Müayinələrdən əvvəl Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası və rayon mərkəzi xəstəxanalarında 1953-1957-ci illər təvəllüdlü əhalinin siyahısı tərtib olunub. Terapevt, cərrah, nevropatoloq, oftalmoloq və stomatoloqlardan ibarət həkim briqadaları yaradılıb və onların iş qrafiki hazırlanıb. Ehtiyac olan hallarda xəstələr konsultasiya məqsədilə yüksəkixtisaslı tibb müəssisələrinə və dispanserlərə göndərilir, onların laborator-diaqnostik müayinələri aparılır.

Muxtar respublikada 61-65 yaşlı əhalinin kütləvi dispanserizasiyası bu il oktyabrın 30-dək davam etdiriləcək.