- Köhnə - Cəmiyyət
- 12 Mart 2013 15:49
- 9 102
Zəlimxan Məmmədli: “Hər kəs mənfəət götürmək istəyir”
Bunu AzNews.az-a Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) fəxri prezidenti, Rusiya Milli Vahid Partiyasının sədri Söyün Sadıqovun Moskva Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları tərəfindən ofisindən zorla çıxarılması və işin Moskva Arbitraj Məhkəməsində olması barədə məlumatı şərh edərkən deyib. O qeyd edib ki, bütün hallarda Rusiya nə qədər avtoritar olsa da dövlətçilik ənənələri var və məsələlərə hüquqi yanaşmada həmişə mühafizəkar yanaşma mövcuddur:
"Təbii ki, biz iqtisadi məsələrlə siyasi ambissiyaları qarışdırmamalıyıq. Söyün Sadıqovun Rusiya siyasi elitası, konkret olaraq, prezident Putinlə çox yaxın münasibətləri var və bu açıq şəkildə siyasi hakimiyyət tərəfindən etiraf olunur. Amma ola bilər ki, iqtisadi məsələlərdə müəyyən hüquqi prosedurlar yerində deyil, yaxud da iddial iki tərəf var və hər kəs mənfəət götürmək istəyir. Aparılan təhqiqat, araşdırmalar da bununla bağlıdır".
Z.Məmmədli hesab edir ki, S.Sadıqovun siyasi hakimiyyətlə yaxınlığı onun iqtisadi işi ilə qarışdırılmamalıdır: "Onun siyasi hakimiyyətə qarşı normal münasibətləri heç də hüququn üstündən basıb keçə bilər anlamı daşımamalıdır".
Gültəkin
AzNews.az