- Köhnə - Cəmiyyət
- 27 Mart 2013 13:35
- 2 492
Zakir Qaralov Ağstafada qəbul keçirəcək
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul aprelin 5-də saat 11:00-da Ağstafa rayon Prokurorluğunun binasında olacaq. Z. Qaralov burada Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ağstafa rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
AzNews.az