- Hadisə
- 01:04
- 1 925
Nəvəsi imtahandan az bal yığdı, acığını gəlindən çıxdı
Bakıda qayınata gəlininə xəsarət yetirib.
AzNews.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağlarında qeydə alınıb.
İttiham aktına görə, 65 yaşlı Hacımurad Əliyev (ad və soyad şərtidir) 9-cu sinif buraxılışı imtahanından 130 bal yığan nəvəsinə irad bildirib. Bu zaman gəlini ona kobud cavab qaytarıb və tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Hacımurad Əliyev əlindəki stəkanı gəlininə tərəf atıb. Stəkan qadının üzünə dəyərək ona xəsarət yetirib.
Faktla bağlı Hacımurad Əliyev barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən də, həmçinin qayınatasına qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Hacımurad Əliyev məsuliyyətdən azad olunub.