Rumıniya səfiri Rusiya XİN-ə çağırıldı

Rumıniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, səfir Konstansadakı Rusiya Baş Konsulluğunun bağlanması ilə əlaqədar olaraq XİN-ə dəvət olunub.

Xatırladaq ki, mayın 29-da Rumıniya Prezidenti Nikusor Dan Konstansadakı Rusiya Baş Konsulluğunu bağlamaq qərarına gəlib. Bu qərara Rumıniyanın Qalatsi şəhərində pilotsuz uçuş aparatının (PUA) çoxmənzilli binanın damına düşməsi ilə bağlı hadisə səbəb olub. Hadisədə iki nəfər yaralanıb və Buxarest insidentdə Moskvanı günahlandırıb.