- Rusiya və İran
- 17:47
- 2 149
Avropa Ukraynada sülhün əsas maneəsinə çevrilib - Rusiya XİN
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukraynaya hərbi dəstək göstərərək münaqişənin davam etməsinə şərait yaradan Avropa ölkələri hazırda sülhə nail olunmasının qarşısındakı əsas maneəyə çevriliblər.
Brifinq zamanı çıxış edən Zaxarova qeyd edib ki, Niderland Ukrayna üçün pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərinin alınmasına 500 milyon avro ayırmağı planlaşdırır. Onun sözlərinə görə, Belçika da 2026-cı ildə ilk yeddi F-16 qırıcısını Kiyevə təhvil verəcəyini təsdiqləyib.
“Qan tökülməsinin və mülki əhaliyə qarşı təcavüzün davam etdirilməsinə yönəlmiş bu yardımlar Qərbi Avropanın sülhün əldə olunmasına mane olan əsas qüvvəyə çevrildiyini bir daha göstərir”, – deyə Zaxarova vurğulayıb.
O əlavə edib ki, Kiyev “sürətli qələbə” ilə bağlı bəyanatları vasitəsilə Rusiyanı daha sərt addımlar atmağa təhrik etməyə və Qərbdən əlavə hərbi-maliyyə dəstəyi almağa çalışır.
Zaxarovanın fikrincə, bu siyasətin son məqsədi NATO və Avropa İttifaqı ölkələrini Rusiya ilə birbaşa hərbi qarşıdurmaya cəlb etməkdir.
Mövsüm,
AzNews.az