- Qərb
- 18:08
- 1 880
"Rusiya artıq anlayıb ki, müharibədə qalib gəlməyəcək" - Merz
“Ukrayna hazırda güclü mövqedədir və bu, Rusiyanı danışıqlar masasına oturmağa məcbur etməlidir”.
AzNews.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merz Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası üzrə Beynəlxalq Konfransda deyib.
“Ukrayna və onun cəsur xalqı güclü və suveren dövlət və Avropa ailəsinin gələcək üzvü kimi qalib gələcək. Ukrayna yeni güc mövqeyindədir. Moskva da anlamağa başlayır: Rusiya bu müharibədə qalib gəlməyəcək. Bu gün biz Rusiyaya aydın siqnal göndəririk: danışıqlara başlamağın, cəbhə xəttini dondurmağın və cinayətləri dayandırmağın vaxtıdır”, - o siyasətçi vurğulayıb.
Fridrix Merz Avropanın Ukraynaya dəstəyinin sarsılmaz olduğunu və tərəfdaşların Rusiyanın onsuz da gərgin iqtisadiyyatına təzyiqi artırmaqda qərarlı olduqlarını qeyd edib.
Almaniya hökumətinin başçısı birgə səylər sayəsində nəzərəçarpacaq irəliləyişin olduğu və Avropanın Ukrayna qarşısında öhdəliklərini yerinə yetirdiyi dörd sahəyə diqqət çəkib: təhlükəsizlik, investisiyalar, islahatlar və insanlar.